Вторник, 25 Июнь 2024 17:39

Azərkosmos Çexiya şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb

Azərkosmos Çexiyanın “PEKASAT SE” şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb. Bu memorandum aşağıorbitli peyklərin əməliyyatları üçün yerüstü stansiyaların qarşılıqlı istifadəsini və yeni biznes imkanlarını genişləndirmək məqsədini daşıyır.

Hər iki tərəf həm Azərbaycanda, həm də Çexiyada öz müştərilərinə telemetriya, yəni idarəetmə siqnallarının qəbulu və peykə komandaların göndərilməsi, peyklərdən böyük həcmdə məlumatların ötürülməsi, yerüstü infrastrukturun istismarında təcrübə mübadiləsi sahəsində əməkdaşlıq edəcək.

Bu barədə Caspian Energy Media Azərkosmos-a istinadən xəbər verir.

 

Read 246 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ