“Financial Chain Corporation”ın direktor müavini Valid Hüseynov “Caspian Energy Club”ın təşkil etdiyi B2G görüşdə “Caspian Energy Media”ya müsahibə verib.
“Bizim şirkət “Caspian Energy Club”ın platin tərəfdaşıdır. Üzvlük müddətində həm Azərbaycanda, həm də Avropada bir çox nəaliyyətlər əldə etmişik. Əməkdaşlığımız bu günə qədər dostluq zəminində məhsuldar olaraq davam edir. Bu fürsətdən istifadə edərək, “Caspian Energy” brendini 25 illik yubileyi münasibətilə təbrik edirəm və kluba fəaliyyətində uğurlar arzu edirəm”, - deyə Valid Hüseynov bildirib.
Financial Chain Corporation hüquq, mühasibatlıq, vergi, audit, insan resursları, 1C və digər sahələr üzrə xidmət təqdim edən qlobal konsaltinq şirkətidir. 2002-ci ildən fəaliyyət göstərən Financial Chain Corporation şirkətinin hazırda 15 ölkədə filialı mövcuddur ki, bu siyahıda Azərbaycan, Türkiyə, Çexiya, Gürcüstan, Almaniya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Malta, Sinqapur, Tacikistan, Ukrayna, Rusiya, Belarus, Polşa kimi ölkələr yer alır. Yüksək keyfiyyətli xidmət təqdim edən Financial Chain Corporation konsaltinq sektorunun lideridir.