2023-cü ildə tarixi torpağımız Qarabağda – Hadrut qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin 100-illik yubileyinə həsr edilmiş Türkdilli dövlətlərin gənc energetikləri arasında "Paylayıcı Şəbəkələrin Rəqəmsal Transformasiyası" I Beynəlxalq Peşə Ustalığı Yarışması”nın davamı olaraq Tatarıstanda müsabiqə keçirilib.
Caspian Energy Media “Azərişıq”a istinadən xəbər verir ki,Tetyuşi şəhərində Buinski elektrik şəbəkələrinin sınaq poliqonunda “2024-cü ilin ən yaxşı paylayıcı şəbəkələr briqadası” adı uğrunda təşkil olunmuş beynəlxalq seminar-müsabiqədə “Azərişıq” ASC-nin gənc mühəndisləri də iştirak edib.
Yarışlar üç mərhələdə keçirilib. Verilən tapşırıqları hamıdan birinci və ən dəqiq yerinə yetirən “Azərişıq” ASC-in komandası birinci yerə layiq görülüb.