Вторник, 09 Июль 2024 11:59

İtaliyada ilk dəfə "Məhəbbət əfsanəsi" baleti nümayiş olunub

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə İtaliyanın Genuya şəhərində keçirilən “Nervi Rozza Music Ballet Festival”ında iştirak edən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletini açıq səma altında, möhtəşəm səhnədə nümayiş etdirib.

Caspian Energy Media AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan mədəniyyətində, klassik balet tarixində böyük mədəni hadisəni seyr edənlər arasında Genuya Opera Teatrının baş direktoru Kladuio Orazi, bədii rəhbəri Pierancelo Konte, Genuya şəhərinin meri Karlo Bucci, regionun mədəniyyət kuratoru Cesika Nikkolini və digər mötəbər qonaqlar yer alıblar.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının İtaliyada növbəti çıxışı avqust ayında Arena de Veronanın səhnəsində keçiriləcək.

Read 186 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ