19-20 noyabr 2024-cü il tarixlərində Sankt-Peterburq şəhərində "Moda birliyi" III Beynəlxalq Forum keçiriləcək.
Caspian Energy Media AZPROMO-ya istinadən xəbər verir ki, tədbir milli brendlərin təbliğinə, qanunvericilik səviyyəsində və praktikada mövcud problemlərin həlli yollarının tapılmasına yönəlib. Forumda MDB ölkələrinin sənaye müəssisələrinin və moda biznesinin, peşəkar assosiasiyaların, müvafiq nazirlik və idarələrin, eləcə də təhsil müəssisələrinin nümayəndələri iştirak edəcək.