Среда, 10 Июль 2024 15:30

AZPROMO-da JETRO ilə görüş keçirilib

Yaponiyanın Xarici Ticarət Təşkilatının (JETRO) İstanbul ofisinin idarəedici direktoru Mutsuaki Sano İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da olub.

Caspian Energy Media AZPROMO-ya istinadla xəbər verir ki, görüşdə qeyd edilib ki, bu ilin mart ayında AZPROMO-nun təşkilatçılığı ilə 11 Azərbaycan şirkəti "FOODEX Japan 2024" sərgisində "Made in Azerbaijan" vahid ölkə stendi altında yerli məhsulları təqdim edib.

Bununla yanaşı, Yaponiyaya ixrac imkanları və investisiya tərəfdaşlığı müzakirə olunub.

 

Read 380 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ