Четверг, 11 Июль 2024 11:26

Azərbaycanda yaşıl enerjiyə keçid mövzusunda dəyirmi masa təşkil olunub

Energetika Nazirliyində nazir müavini Orxan Zeynalovun iştirakı ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Enerji Təhlükəsizliyi və Xalis Sıfır İdarəsi arasında “Azərbaycanda yaşıl enerjiyə keçid” mövzusunda dəyirmi masa təşkil olunub.

Caspian Energy Media nazirliyə istinadən xəbər verir ki, dəyirmi masada Azərbaycanda bərpa olunan enerji mənbələri, dekarbonizasiya, enerji səmərəliliyi sahəsində hazırkı vəziyyət, həyata keçirilən cari layihələr barədə qarşı tərəfə məlumat verilib, Azərbaycan və Böyük Britaniya arasında bərpa olunan enerji, xüsusilə yaşıl hidrogen istehsalı, həmçinin enerji səmərəliliyi, elektrik şəbəkələrinin gücləndirilməsi üzrə əməkdaşlığa dair növbəti addımlar müzakirə edilib.

Tədbirdə Energetika Nazirliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi, həmçinin “Azərenerji” ASC, “Azərişıq” ASC, SOCAR və bp şirkətlərinin nümayəndələri iştirak edib.

Read 299 times Last modified on Четверг, 11 Июль 2024 07:14

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ