Четверг, 11 Июль 2024 15:55

Azərbaycan ilə ICESCO arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov Mərakeşə səfəri çərçivəsində ICESCO-nun Baş direktoru Salim Əl-Maliklə görüşüb. ICESCO-nun Baş Qərargahında keçirilən görüşdə Azərbaycanın multikulturalizm siyasəti, eləcə də BBMM-in fəaliyyəti, həyata keçirdiyi layihələr, gələcək əməkdaşlıq məsələləri müzakirə olunub. Qarşılıqlı infiormasiya mübadiləsinin vacibliyi vurğulanıb.

Caspian Energy Media Mərkəzə istinadla xəbər verir ki, səfər çərçivəsində digər görüş Mərakeşin Gənclər, Mədəniyyət və Kommunikasiya Nazirliyinin Baş Katibi Samira Lemlizi ilə baş tutub. Görüş zamanı Azərbaycan multikulturalizm modelinin Mərakeşdə təbliği, Azərbaycan mədəni irsinin Mərakeş ictimaiyyətinə geniş şəkildə çatdırılması, Mərakeş gəncləri ilə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Daha ətraflı

Read 188 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ