Пятница, 12 Июль 2024 15:16

Mindən çox KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxsə xidməti göstərilib

2024-cü ilin birinci yarısında 75 təlim keçirilib, 2293 saat məsləhət xidməti göstərilib, 152 biznes plan hazırlanıb.

Bu ilin birinci yarısında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən sahibkarların, biznesə başlamaq istəyənlərin və startapların biznes sahəsində bilik və bacarıqlara yiyələnməsi, mövcud biliklərinin artırılması üçün 800-ə yaxın iştirakçı üçün 75 təlim keçirilib. Təlimlər biznesə başla, layihə idarəetməsi, maliyyənin idarə olunması, satış, marketinq, rəqəmsal bacarıqlar, “yaşıl iqtisadiyyat” və digər mövzuları əhatə edib.

Ümumilikdə, 2024-cü ilin I yarısında Agentliyin KOB subyektlərinin biznes biliklərinin və bacarıqlarının artırılması istiqamətində göstərdiyi dəstək və xidmətlərdən 1000-dən çox KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb.

Daha ətraflı

Read 291 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ