Среда, 17 Июль 2024 10:38

Vüsal Şıxəliyev: “Daşınmaz əmlakın ilkin qeydiyyatı üzrə elektron sistem yaradılacaq

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya çərçivəsində daha səmərəli və çevik koordinasiya və kommunikasiyanın təşkili, eləcə də inklüzivliyin və vahid sinerjinin yaradılması  məqsədilə 2024-cü il ərzində bir sira islahatlar həyata keçirilir.

Bu barədə “Caspian Energy Club”ın təşkilatçılığı ilə keçirilən “B2G Forum”da Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev bildirib.

“Komissiya tərəfindən bu günə qədər xeyli sayda islahatlar həyata keçirilib. Bu islahatlar bu gün də davam etdirilir. Ümidvaram ki, yeni layihə daşınmaz əmlak bazarında qeydiyyat prosesini asanlaşdıraraq, bu sahənin inkişaf potensialını əhəmiyyətli dərəcədə artıracaqdır”, - Vüsal Şıxəliyev qeyd edib.

Read 488 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ