Среда, 17 Июль 2024 14:21

ARDNF-nin aktivləri 58 milyonu ötüb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2024-cü il iyun ayının 30-na ARDNF-nin aktivləri 2024-cü ilin əvvəlinə (56 069,7 milyon ABŞ dolları) nisbətən 3,4% artaraq 58 000,6 milyon ABŞ dolları təşkil etmişdir.

Mılumata görə, həmçinin, 2024-cü ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə gəlirləri 9 254,9 milyon manat, büdcə xərcləri isə 6 414,4 milyon manat təşkil etmişdir.

Caspian Energy Media ARDNF-nin hesabatına istinadla xəbər verir ki, 2024-cü ilin yanvar-iyun ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 6 436,5 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 5 657,0 milyon manat, bonus ödənişləri 775,9 milyon manat, tranzit gəlirləri 0,3 min manat, akrhesabı ödənişləri 3,6 milyon manat təşkil etmişdir.

Read 409 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ