Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.
Caspian Energy Mediacİnstituta istinadla xəbər verir ki, görüşdən sonra qonaqlar AQTİ-nin laboratoriyalarına baxış keçirib. Qonaqlar İnstitutun Mərkəzləşmiş nümunə qəbulu məntəqəsi, Kompleks Tədqiqatlar Laboratoriyası və Milli Referens Laboratoriyasındakı bölmələrə baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar.