Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Qazaxıstanın “KazMunayGaz” Milli Şirkətinin İdarə Heyətinin sədri Asxat Xasenov ilə görüşüb.
Caspian Energy Media SOCAR-a istinadən xəbər verir ki,görüşdə tərəflər SOCAR ilə “KazMunayGaz” arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrin genişləndirilməsi istiqamətində görülən işləri nəzərdən keçirib, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıblar.