Понедельник, 29 Июль 2024 09:48

Ölkə ərazisində müşahidə olunan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin iyulun 29-u saat 8:30-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.

Caspian Energy Media, Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, düşən yağıntının miqdarı Lənkəranda 68 mm, Astarada 59 mm, Şəkidə 57 mm, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin iyulun 29-u axşamdək davam edəcəyi, iyulun 30-da dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Daha ətraflı

Read 403 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ