Понедельник, 29 Июль 2024 15:09

Daşkəsəndə qiymətli metal emalı zavodu tam rejimdə işə salınıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, “AzerGold” QSC-nin Müşahidə Şurasının sədri Mətin Eynullayev, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov və “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov ÇİRES-də qiymətli metal filizlərinin çəndə qələviləşdirmə (CIL – Carbon in Leach) texnologiyası ilə emalını həyata keçirəcək zavodun fəaliyyəti, eləcə də “Çovdar" mədənində hasilat və tullantıların idarə olunması prosesi ilə tanış olublar.

Caspian Energy Media nazirliyə istinadən xəbər verir ki, tanışlıq səfərində, həmçinin Harvard Kennedi Məktəbinin professoru Xuan Ximenez və Harvard Beynəlxalq İnkişaf Mərkəzinin Laboratoriyasının tədqiqatçıları iştirak ediblər.

Daha ətraflı

Read 277 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ