Вторник, 30 Июль 2024 10:38

“Kibar Holding” şirkətinin İdarə Heyətinin sədri ilə görüş keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin “Kibar Holding” şirkətinin İdarə Heyətinin sədri Ali Kibar ilə görüşüb.

Caspian Energy Media İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə birliyi və uğurlu iqtisadi tərəfdaşlıq platformasının birgə təşəbbüslərin reallaşdırılması nəticəsində yeni məzmunlarla zənginləşdiyi diqqətə çatdırılıb.

Tərəflər əlavə dəyər yaradan sahələrdə əməkdaşlığın gücləndirilməsi, sənaye məhsullarının istehsalına investisiya yatırımlarının təşviqi, energetika sektorunda fəal tərəfdaşlığın dəstəklənməsi kimi məsələləri müzakirə ediblər.

Read 425 times Last modified on Вторник, 30 Июль 2024 06:54

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ