Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərovun Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti rəqibi dəqiqləşib.
Caspian Energy Media Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Cəfərov bürünc mükafat uğrunda Qırğızıstandan olan Amantur İsmayılovla üz-üzə gələcək.
Amantur təsəlliverici dueldə Mate Nemesi (Serbiya) üstələyib - 8:0. Medal görüşləri axşam seansına təsadüf edəcək.