Понедельник, 12 Август 2024 11:42

"SAB Azərbaycan" xarici bazara çıxır

Azərbaycanda ət və süd məhsullarının aparıcı istehsalçılarından biri olan "Zəhmət-Ruzi" MMC şirkəti  (SAB ticarət nişanı) Gürcüstan bazarına daxil olmaq üçün işlərə başlayıb.

“Caspian Energy Media”ya verilən məlumata görə, şirkət Gürcüstanda xüsusi distribyutorlar axtarır.

"SAB Azərbaycan"ın komandası 14.08.2024 - 17.08.2024 tarixləri arasında Gürcüstanda olacaq və potensial partnyorlarla əlaqə yaratmağa can atacaq.

Qeyd edək ki, "SAB" brendi 1998-ci ildə əsası qoyulan "Zəhmət-Ruzi" MMC-nin tərkib hissəsi olaraq yüksək keyfiyyətli ət və süd istehsalını, eləcə də emalını həyata keçirir. Şirkətin istehsal sahəsi Xırdalan şəhərində yerləşir. Şirkət öz sektoru üzrə təqribən 15% bazar payı ilə ölkəmizin kolbasa, süd və delikates məhsulları istehsalında qabaqcıl yer tutur.

Read 297 times Last modified on Понедельник, 12 Август 2024 07:53

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ