Qazaxıstanın kənd təsərrüfatı naziri Aydarbek Saparovun Türkiyəyə səfəri zamanı kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında razılaşmalar əldə edilib.
Caspian Energy Media Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, Ankara Ticarət və Sənaye Palatasında keçirilən görüşdə 1,9 milyard dollar dəyərində 7 sənəd və 80 milyon dollar dəyərində ət tədarükü üzrə ticarət müqavilələri imzalanıb.