Вторник, 20 Август 2024 15:34

"Səba"nın aktivləri başqa bir şirkətə satılıb

"Səba" şirkətinin aktivləri başqa bir şirkətə satılıb, indiki vəziyyətdə müəssisəsdə istehsalın dayanması mümkün deyil".

“Caspian Energy Media” “Marja.az”a istinadla xəbər verir ki, bunu Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib.

Assosiasiyanın sədri əlavə edib ki, "Səba" ASC şirkətinin aktivlərini "Chicken Pro." MMC şirkəti alıb:

 

"Quşçuluq müəssisəsində istehsal dayanmır, "Səba" markası ilə satış davam edəcək. Hazırkı vəziyyətdə istehsalın dayanması mümkün deyil - çünki inqubatorda yumurtalar, sahədə toyuqlar, kəsimxanada kəsim prosesi var".

Read 387 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ