Среда, 28 Август 2024 10:37

Çempionlar Liqası: "Qarabağ" bu gün “Dinamo” ilə cavab oyununa çıxacaq

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün pley-off mərhələsində cavab oyununa çıxacaq. Komanda Bakıda Xorvatiyanın “Dinamo” (Zaqreb) kollektivini qəbul edəcək.

“Caspian Energy Media” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq. İngiltərədən olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, komandalar arasında Zaqrebdə keçirilən ilk matçda “Dinamo” 3:0 hesablı qələbə qazanıb. “Qarabağ” “Dinamo” səddini keçə bilməsə, mübarizəni Avropa Liqasının əsas – liqa mərhələsində davam etdirəcək.

Read 97 times Last modified on Среда, 28 Август 2024 06:55

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ