Среда, 28 Август 2024 10:55

Qurban Qurbanov: “Komandama inanıram”

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Dinamo” (Zaqreb, Xorvatiya) matçından öncə komandamızın baş məşqçisi Qurban Qurbanov və müdafiəçisi Bəhlul Mustafazadənin mətbuat konfransı təşkil olunub.

“Caspian Energy Media” klubun rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis sabah baş tutacaq görüş barədə fikirlərini bildirib:

“Çox vacib oyundur. Hesabda geridə olsaq da, Çempionlar Liqasının Liqa mərhələsində iştirak etmək böyük şansdır. Komandamız pis hazırlaşmayıb. Üç top fərqi ilə geridə olsaq da, inamımız böyükdür. Görüşə hazırlığımız yaxşı keçdi. Qalibiyyət üçün hər şeyi etməyə çalışacağıq. Azarkeşlərimizin oyunumuzdan razı qalmasını istərdik. Bu görüşə əsl final matçı kimi hazırlaşmışıq. Rəqibimizi tanıyırıq. Bilirik ki, iddialı komandadır. Komandama inanıram, güvənirəm. Yaxşı nəticə üçün hər bir futbolçu karyerasının ən yaxşı oyununu oynamalıdır”.

Read 87 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ