Пятница, 30 Август 2024 10:48

"Rosneft”in neft və kondensat hasilatı azalıb

“Rosneft”in maye karbohidrogenlərin (neft və kondensat) hasilatı ilin birinci yarısında 92,8 milyon ton və ya gündəlik 3,796 milyon barel, qaz hasilatı isə 46,8 milyard kubmetr təşkil edib.

“Caspian Energy Media” “Marja.az”a istinadən xəbər verir ki, ötən ilin birinci yarısında “Rosneft” günsəlik 4 milyon barel maye karbohidrogen hasil etmişdi. Beləliklə, şirkətin hasilatı 5,1% azalıb.

İlin birinci yarısında şirkət tərəfindən qaz hasilatı (46,8 mlrd. kubmetr)  ötən ilin birinci yarısı ilə müqayisədə 7% artıb.

Açıqlamada qeyd olunub ki, şirkətin qaz hasilatının üçdə birindən çoxu Yamalo-Nenets Muxtar Dairəsində 2022-ci ildə istifadəyə verilən yeni layihələrin hesabına təmin edilir.

Read 215 times Last modified on Пятница, 30 Август 2024 06:57

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ