Azərbaycan paraatleti Lamiyə Vəliyeva (T13) Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında finala yüksəlib.
“Caspian Energy Media” AZƏRTAC-a istinadən xəbər verir ki, idmançı buna təsnifat mərhələsində 100 metr məsafəni 11,81 saniyəyə qət edərək nail olub.
Final mərhələsi bu gün Bakı vaxtı ilə saat 22:13-də keçiriləcək.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 2 qızıl, 1 gümüş və 1 bürünc medal var.