Понедельник, 02 Сентябрь 2024 17:13

BOTAŞ və Shell arasında LNG müqaviləsi

Türkiyə, Shell Plc ilə 10 illik LNG tədarükü müqaviləsi imzalayaraq regional mərkəz olma hədəfinə doğru bir addım atdı.

Razılaşmaya əsasən, Shell 2027-ci ildən başlayaraq BOTAŞ-a hər il 4 milyard kubmetr LNG verəcək. Bu, Türkiyənin 2023-cü il təbii qaz tələbatının təxminən yüzdə 8-inə uyğundur. Müqavilə 10 illik müddəti əhatə edəcək və ümumi tədarük həcmi 40 milyard kubmetrə çatacaq.

“Caspian Energy Media” xəbər verir ki,enerji naziri Alparslan Bayraktar verdiyi açıqlamada, müqavilənin iki şirkət arasında alqı-satqı əməliyyatından başqa, doldurma limanından qəbul və Avropa terminallarına boşaltma kimi variantları da ehtiva etdiyini bildirib.

Read 201 times Last modified on Вторник, 03 Сентябрь 2024 11:55

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ