Понедельник, 09 Сентябрь 2024 10:38

Akkuyu AES-də ilk reaktor 2025-ci ildə istifadəyə veriləcək

“Caspian Energy Media” Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, nazir Alparslan Bayraktar Mersində tikintisi davam edən Akkuyu AES-ə baxış keçirib. Bayraktar aparılan işləri yerində təqib edərək səlahiyyətlilərdən məlumat alıb.

Bayraktar dünyanın ən böyük atom elektrik stansiyasının tikinti sahəsində 4 reaktorun tikintisinin eyni vaxtda davam etdiyini bildirib.

Tikinti sahəsində 30 mindən çox işçinin olduğunu deyən Bayraktar, Akkuyu AES-in Türkiyənin enerji təchizatı təhlükəsizliyi və iqlim hədəfləri üçün çox əhəmiyyətli olduğunu vurğulayıb.

İşlərin fasiləsiz davam etdiyinə diqqət çəkən Bayraktar, "Təbii ki, bir çox çətinliklərlə mübarizə aparırıq. Amma 2050-ci il üçün nüvə enerjisində 20 min meqavatlıq hədəfə doğru yorulmadan irəliləyirik," deyib.

Daha ətraflı

Read 260 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ