Среда, 11 Сентябрь 2024 10:55

Azərbaycan paralimpiyaçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azərbaycanın paralimpiya komandası, nümayəndə heyətinin üzvləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

"Caspian Energy Media" xəbər verir ki, idmançılar və rəsmi şəxslər Ümummilli Liderin məzarı önünə əklil qoyublar.

Qeyd edək ki, Azərbaycanın paralimpiya millisi Paris-2024 Yay Paralimpiya Oyunlarında 11 medal qazanıb.

Read 37 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ