Пятница, 13 Сентябрь 2024 11:30

Oman ilə süni intellekt sahəsində əməkdaşlıq müzakirə olunub

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov Oman sultanlığının Süni İntellekt və Qabaqcıl Texnoloji Layihələr Mərkəzinin direktoru Salim al-Şuahili ilə görüşüb.

“Caspian Energy Media” 4SİM-in rəsmi saytına istinadən xəbər verir ki, görüşdə 4SİM-in fəaliyyəti və süni intellekt layihələri, Dünya İqtisadi Forumu ilə əməkdaşlıq barədə məlumat verilib. Tərəflər Oman Süni İntellekt Mərkəzinin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıb və mümkün əməkdaşlıq, o cümlədən, təcrübə mübadiləsi məsələlərini müzakirə ediblər.

Read 55 times Last modified on Пятница, 13 Сентябрь 2024 07:37

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ