Bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Yaşıl ictimai nəqliyyat” mövzusunda nazirlər görüşü keçiriləcək.
“Caspian Energy Media” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

						
						
						
		  	
				
				
				
				
							
				
				
				
				
							