Понедельник, 30 Сентябрь 2024 15:42

Mərkəzi Bankın sədri Qazaxıstan nümayəndə heyətini qəbul etdi

Qazaxıstan Milli Bankının sədri Timur Süleymenovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.

Səfər çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov Qazaxıstan nümayəndə heyətini qəbul edib. Görüşdə hər iki ölkənin mərkəzi bankları arasında mövcud əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilərək, son dövrlərdə müşahidə olunan davamlı inkişaf tempi yüksək qiymətləndirilib. Görüş zamanı mövcud makroiqtisadi vəziyyət, həyata keçirilən pul-kredit siyasəti, ödəniş sistemləri, müasir maliyyə texnologiyaları və digər sahələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bu barədə “Caspian Energy Media” Mərkəzi Banka istinadən xəbər verir.

Read 342 times Last modified on Понедельник, 30 Сентябрь 2024 11:45

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ