Вторник, 08 Октябрь 2024 13:53

İqtisadiyyat Nazirliyi Asiya İnkişaf Bankı ilə əməkdaşlıq məsələləri müzakirə edib

İqtisadiyyat Nazirliyində keçirilən görüşdə Asiya İnkişaf Bankı ilə əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin Direktorunun müavini xanım Şiahonq Yanqla görüşüb.

Görüşdə Bankla əlaqələrin inkişaf etdiyi qeyd olunub, dövlət-özəl tərəfdaşlığı, ətraf mühit, rəqəmsal inkişaf, enerji, ölkəmizin tranzit-logistika potensialının artırılması və müxtəlif infrastruktur layihələrinin reallaşdırılmasında Bankın iştirakı yüksək qiymətləndirilib.

“Caspian Energy Media” bu barədə İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.

Read 284 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ