Четверг, 17 Октябрь 2024 15:45

Azərbaycanın nümayəndə heyəti BTİ-nin Qlobal Standartlar Simpoziumu və Ümumdünya Standartlaşdırma Assambleyasında iştirak edib

14-15 oktyabrda Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə Hindistanın Nyu-Dehli şəhərində Qlobal Standartlar Simpoziumu (GSS-24) və Ümumdünya Standartlaşdırma Assambleyası (WTSA-24) işə başlayıb.

Dörd ildən bir BTİ-yə üzv olan 194 ölkədən nümayəndələrin iştirakı ilə keçirilən konfrans (WTSA-24) telekommunikasiya/İKT-nin inkişafı üçün standartları müəyyən edir. 

Konfrans çərçivəsində bu xüsusda daha əvvəl qəbul edilmiş müvafiq qətnamə və tövsiyə sənədlərinə dəyişikliklər edilir, yeni sənədlər qəbul olunur. 

Bu barədə "Caspian Energy Media" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Daha ətraflı

Read 279 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ