Пятница, 18 Октябрь 2024 15:29

Milli Hidrometeorologiya Xidmətinin nümayəndəsi UNESCAP-ın tədbirində iştirak edib

17 oktyabrda Banqkok şəhərində hibrid formatda BMT-nin Asiya və Sakit okean regionu üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Ətraf Mühit və İnkişaf üzrə Komitəsinin (CED) 8-ci iclası keçirilib.

Panel müzakirəsində çıxış edən Milli Hidrometeorologiya Xidmətinin şöbə müdiri, habelə UNESCAP-ın Ətraf Mühit və İnkişaf üzrə Texniki Ekspert Qrupunun (TEG) sədri F.Hümbətov tədbir iştirakçılarına ölkəmizdə iqlim dəyişmələri ilə mübarizə sahəsində həyata keçirilən fəaliyyətlər, bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri barədə məlumat verib, eyni zamanda UNESCAP-ın gündəliyində olan dayanıqlı şəhərlər mövzusu üzrə təşəbbüs barədə danışıb.

Bu barədə "Caspian Energy Media" Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.

Read 268 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ