Cənab Prezident İlham Əliyevin ölkəmizdə bu il “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi ilə əlaqədar “Azərişıq” ASC daha bir ağacəkmə aksiyasına start verib. Bu barədə “Caspian Energy Media“ya “Azərişıq” ASC-dən bildirilib.
Şirkətin əməkdaşları tərəfindən 20 oktyabr - Energetiklər Günü ilə əlaqədar Şirvan və Xaçmaz RETSİ-nə (Regional Enerji Satışı və Təchizatı İdarəsi) daxil olan rayonlarda minlərlə ağac əkilib. Ağaclar Azərişıq ASC-nin regional idarələri, yerli şəbəkələr, həmçinin Yarımstansiyalar ətrafında ayrılmış xüsusi ərazilərdə əkilir. Qarşıdakı günlərdə əkiləcək ağacların sayının 100 minə çatdırılması hədəflənib.
Qeyd edək ki, görülən işlər eyni zamanda gələn ay ölkəmizdə keçiriləcək COP29, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransına dəstək xarakteri daşıyır.