Вторник, 05 Ноябрь 2024 16:03

Dövlət Vergi Xidmətində konsaltinq şirkətləri və ekspertlərlə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) “Vergitutma” və “Biznesə daxilolma” indikatorları üzrə yol xəritələri çərçivəsində görülən işlərlə bağlı konsaltinq və hüquq şirkətləri, habelə ekspertlərin iştirakı ilə görüş keçirilib. Görüşdə “PwC Azerbaijan”, “Deloitte”, “Ernst & Young”, “KPMG Azerbaijan” şirkətlərinin nümayəndələri və müstəqil ekspertlər iştirak ediblər.

Görüşdə konsaltinq şirkətlərinin nümayəndələrinin və müstəqil ekspertlərin biznesə daxilolma və vergitutma ilə bağlı qaldırdıqları müxtəlif məsələlər dinlənilib, sualları cavablandırılıb.

“Caspian Energy Media” bu barədə İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.

Daha ətraflı

Read 198 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ