“SOCAR Green” və “Holcim Azerbaijan” Azərbaycanda sənaye əməliyyatlarının ətraf mühitə təsirini azaltmağa yönəlmiş bərpaolunan enerji həllərini inkişaf etdirmək üçün Anlaşma Memorandumu imzalayıb. Bu tərəfdaşlıq bərpaolunan enerji və innovativ davamlı texnologiyalar vasitəsilə “Holcim”in istehsal prosesinin dekarbonizasiyasını hədəfləyir və hər iki şirkətin davamlı sənaye təcrübələrinin təşviqinə, ətraf mühitə təsirin azaldılmasına sadiqliyini əks etdirir.
Bu sənəd “Holcim”in 2050-ci il üçün qlobal xalis sıfır öhdəliyini dəstəkləyərək, bərpaolunan enerji imkanlarını araşdırmaq üçün çərçivə yaradır. Bu iddialı məqsədlərə çatmaq üçün “Holcim” alternativ yanacaq istifadəsi, dövri iqtisadiyyat təcrübələri, innovativ karbonun tutulması, istifadəsi və saxlanılması texnologiyaları daxil olmaqla, sənaye sahəsində qabaqcıl tədbirlər həyata keçirir.