Суббота, 16 Ноябрь 2024 18:55

İqtisadiyyat Nazirliyində bp ilə tərəfdaşlığın inkişafı müzakirə edilib

COP29 çərçivəsində bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti ilə görüşdə enerji keçidi sahəsində birgə fəaliyyətin möhkəmləndirilməsi müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüb.

Görüşdə bildirilib ki, Azərbaycan iqlim dəyişmələrinə qarşı mübarizə çərçivəsində enerji keçidi üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsində maraqlıdır. Bu baxımdan, bp şirkəti ilə enerji keçidi, o cümlədən, günəş enerjisi layihəsi üzrə tərəfdaşlığın önəmi diqqətə çatdırılıb. Qeyd olunub ki, şirkət Azərbaycanın müəllifi olduğu beynəlxalq enerji layihələrinin icrasında, ölkəmizin enerji ehtiyatlarının inkişafında və investisiya layihələrinin həyata keçirilməsində mühüm rol oynayır.

Tərəflər ölkəmizin fəal iştirakı ilə reallaşan yaşıl enerji layihələri, enerji transformasiyası sahəsində birgə fəaliyyətin möhkəmləndirilməsi imkanları və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

“Caspian Energy Media” bu barədə İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.

 

Read 11 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ