Воскресенье, 17 Ноябрь 2024 15:10

İqtisadiyyat Nazirliyində “ACWA Power” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub

COP29 çərçivəsində “ACWA Power” şirkətinin baş icraçı direktoru ilə görüşdə yaşıl enerji layihələri çərçivəsində uğurlu əməkdaşlıq müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin baş icraçı direktoru Marko Arçelli ilə görüş keçirib.

Görüşdə bərpa olunan enerjinin səmərəliliyinin, alternativ enerji mənbələrinin enerji sektorunda payının artırılmasının ölkəmizin iqtisadi inkişaf strategiyasında vacib məsələlərdən olduğu diqqətə çatdırılıb. Bu istiqamətdə alternativ enerji sektorunda aparıcı şirkətlərdən olan “ACWA Power” şirkəti ilə əməkdaşlığa önəm verildiyi qeyd olunub. 

Read 8 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ