Вторник, 19 Ноябрь 2024 16:39

Almaniya enerji şirkətləri bərpa olunan enerji layihələrində əməkdaşlığa dəvət edilib

Energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində Almaniya Sənaye Federasiyasının təşkilatçılığı və Almaniyanın vitse-kansler, iqtisadiyyat və iqlim mühafizəsi naziri Robert Habekin iştirakı ilə keçirilən tədbirdə çıxış edib. O bildirib ki, COP29 Sədrliyi ədalətli iqlim nəticələri əldə etmək məqsədilə yeni iqlim maliyyəsi, Milli Müəyyən Edilmiş Töhfələr (NDC-lər), Milli Uyğunlaşma Planları (NAP) və İkiillik Şəffaflıq Hesabatları kimi mühüm məsələlərdə konstruktiv fəaliyyət və təşəbbüslər göstərir. Nazir Bakıda əldə ediləcək yekun razılaşmanın post-Paris dövrünü başlatmaq üçün tarixi fürsət olduğunu vurğulayıb və Azərbaycanın “yaşıl enerji” təşəbbüslərini qlobal enerji keçidinə töhfə vermək baxımından əhəmiyyətli addım kimi qiymətləndirib.

Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

 

Read 139 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ