Среда, 20 Ноябрь 2024 15:57

“SOCAR Green” və “PowerChina” şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb

19 noyabr 2024-cü il tarixində COP29 çərçivəsində “SOCAR Green” və “PowerChina” şirkətləri arasında Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafında birgə imkanların araşdırılması məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Tərəflər arasında strateji tərəfdaşlıq Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı hədəflərinə töhfə vermək məqsədi daşıyır.

Memorandum günəş və külək elektrik stansiyalarının inşası, inteqrasiya olunmuş ağıllı enerji sistemləri, yaşıl hidrogen istehsalı ilə bağlı layihələrin qiymətləndirilməsi və sərmayə qoyuluşunda birgə səyləri nəzərdə tutur.

Bu barədə “Caspian Energy Media” SOCAR-a istinadən xəbər verir.

 

Read 156 times Last modified on Среда, 20 Ноябрь 2024 12:01

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ