Понедельник, 18 Ноябрь 2024 14:22

Mədəniyyət naziri Adil Kərimli ICCROM-un baş direktoru ilə görüşüb

11-22 noyabr tarixlərində Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müxtəlif tədbir və təqdimatlarla davam edir, ikitərəfli görüşlər təşkil olunur, müzakirələr aparılır.

Azərbaycan həm dövlət səviyyəsində, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun xətti ilə indiyə qədər bir sıra dinlərə mənsub yerli və beynəlxalq səviyyədə abidələrin, həmçinin qorunmasında uğurla iştirak edib. Azərbaycan Parisdəki Luvr Muzeyinin İslam mədəniyyəti bölməsinin yenidən qurulmasına, Strasburq Kafedral kilsəsinin bərpasına, Romada Kapitolini Muzeyinin “Filiosoflar zalı”nın təmirinə maliyyə vəsaiti ayırıb.

Söhbət zamanı ölkəmizlə ICCROM arasında əməkdaşlığın inkişaf etdirilməsi, mədəni irs nümunələrinin qorunması və bərpası sahəsində təcrübə mübadiləsinin aparılması, bu məqsədlə birgə təlimlərin, seminarların təşkili və digər məsələlərlə bağlı müzakirə aparılıb.

Bu barədə “Caspian Energy Media” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. 

 

Read 106 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ