Пятница, 22 Ноябрь 2024 20:40

Energetika naziri İstanbul Enerji Forumunda Azərbaycan - Türkiyə “yaşıl enerji” tərəfdaşlığından danışıb

Energetika naziri Pərviz Şahbazov 1-ci İstanbul Enerji Forumu çərçivəsində “Dayanıqlı gələcək üçün çağırışlar və imkanlar” mövzusunda keçirilən nazirlər sessiyasında çıxış edib. Nazir çıxışında artan enerji tələbatını qarşılamaq, iqlim dəyişikliyi ilə mübarizə aparmaq və enerji təhlükəsizliyini gücləndirməklə bağlı müasir enerji çağırışlarının həllində regional və beynəlxalq enerji əməkdaşlığının vacibliyini vurğulayıb.

Bərpa olunan enerjinin inkişafına dair beynəlxalq proqramın  bir neçə “yaşıl enerji dəhlizi” layihəsindən ibarət olduğu qeyd edilib. “Azərbaycan - Türkiyə - Avropa”, “Xəzər-Qara dəniz-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan” yaşıl enerji dəhlizlərinin enerji təhlükəsizliyi və enerji keçidində regional enerji əməkdaşlığını gücləndirəcəyi diqqətə çatdırılıb.

Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

 

Read 97 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ