Четверг, 21 Ноябрь 2024 17:54

Qazaxıstan Prezidenti “Lukoil” şirkətinin səhmdarı Vahid Ələkbərov ilə görüşüb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, “Lukoil” şirkətinin səhmdarı Vahid Ələkbərov ilə enerji sahəsində birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə edib. Görüşdə şirkətin fəaliyyəti və yaxın gələcəkdəki planları barədə məlumat verilib.

Görüş çərçivəsində, qarşılıqlı maraq doğuran əməkdaşlıq sahələri müzakirə edilib.

Kasım-Jomart Tokayev, “Lukoil” kimi iri şirkətlərlə davamlı əməkdaşlığın enerji sektorunun modernləşdirilməsinə və ölkənin iqtisadi potensialının artırılmasına mühüm töhfə verdiyini vurğulayıb.

Bu barədə “Caspian Energy Media” Qazaxıstan Respublikası Prezidentinin rəsmi saytına istinadən xəbər verir.

 

Read 92 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ