Пятница, 29 Ноябрь 2024 11:38

Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı yaradılmış Koordinasiya Şurasının iclası keçirilib

Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən təsdiq edilmiş “Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı Tədbirlər Planı"nın icrası məqsədilə yaradılmış Koordinasiya Şurasının ilk iclası keçirilib.

Koordinasiya Şurasının nəzdində müvafiq istiqamətlər üzrə alt işçi qrupları yaradılıb, qarşıdakı dövr üçün görüləcək işlər müəyyənləşdirilib, müvafiq qərarlar qəbul edilib.

İclasda Energetika, İqtisadiyyat, Maliyyə, Ədliyyə nazirlikləri, Azərbaycan İnvestisiya Holdinqi, “Azərenerji” ASC, “Azərişıq” ASC və  Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələri iştirak edib.

Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

 

Read 133 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ