Четверг, 28 Ноябрь 2024 19:09

İKTA “E-Şikayət”in mobil əlavəsini istifadəyə verib

Azərbaycanın telekommunikasiya və poçt rabitəsi sahəsində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) “E-Şikayət”in mobil əlavəsini istifadəyə verib.

“Android” və “iOS” əməliyyat sisteminə malik cihazların istifadəçiləri müvafiq olaraq “Google play”dən və “APP store”dan “E-Şikayət”in mobil əlavəsini yükləyərək istifadə edə bilərlər.

Bu barədə “Caspian Energy Media” İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə istinadən xəbər verir.

 

Read 100 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ