Avstraliyanın Pers şəhərində APRSAF-30 Beynəlxalq Kosmik Poster müsabiqəsində Azərbaycanlı şagirdlər 14 ölkə arasından seçilərək birinci yerin qalibi olub.
Müsabiqə nəticələri 26-29 noyabr tarixlərində Avstraliya Kosmik Agentliyi və Yaponiya Aerokosmik Tədqiqat Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən Asiya-Sakit Okean Regionu Kosmik Agentliklərinin Forumunun (APRSAF) 30-cu sessiyası daxilində elan olunub.
Müsabiqədə ölkələr üzrə ümumilikdə 1712 məktəbli iştirak edib, 1462 rəsm əsəri müsabiqəyə təqdim olunub.
Bu barədə "Caspian Energy Media" Azərkosmos-a istinadən xəbər verir.