Четверг, 12 Декабрь 2024 12:39

Azərbaycan-TÜRKSOY əməkdaşlığının perspektivləri müzakirə olunub

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli dekabrın 11-də ölkəmizdə səfərdə olan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un baş katibi Sultan Raev ilə görüşüb. Baş katibi salamlayan nazir Azərbaycan-TÜRKSOY əməkdaşlığının ildən-ilə inkişaf etdiyini, ölkəmizin bu qurumla əlaqələrə böyük əhəmiyyət verdiyini bildirib.

Söhbət zamanı təşkilatın cari ildəki fəaliyyətinə nəzər salınıb, həyata keçirilən çoxsaylı birgə uğurlu layihələrdən məmnunluq ifadə olunub. Görüşdə 2025-ci ildə nəzərdə tutulan layihələr barədə fikir mübadiləsi aparılıb.

Bu barədə “Caspian Energy Media” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. 

 

Read 54 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ