Понедельник, 13 Январь 2025 10:19

Azərbaycan və Latviya arasında vergi sahəsində əməkdaşlıq müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, IOTA prezidenti Orxan Nəzərli Latviya Respublikasının Dövlət Gəlir Xidmətinin baş direktoru Bayba Smite Roçe ilə videoformatda görüş keçirib.

Görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparılıb. Tərəflər həm ikitərəfli səviyyədə, həm də Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) çərçivəsində administrasiyalar arasında birgə fəaliyyətin şaxələndirilməsi, vergi sahəsində təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də müzakirələr aparılıb. Bu barədə “Caspian Energy Media” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Read 9 times Last modified on Понедельник, 13 Январь 2025 10:22

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ