Среда, 29 Январь 2025 15:26

Lüksemburqla əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Lüksemburq ilə iqtisadi əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub

İqtisadiyyat nazirinin birinci müavini Lüksemburqun Xarici və Avropa İşləri Nazirliyinin idarə rəisi xanım Veronika Dokendorfun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.   

Elnur Əliyev Azərbaycan və Lüksemburq arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb, ölkələrimiz arasında iqtisadi-ticarət, tranzit, turizm, informasiya texnologiyaları, yaşıl enerji sahələrində əməkdaşlıq, müqavilə-hüquq bazasının genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə Lüksemburq şikətlərinin iştirakı, habelə birgə investisya imkanları qeyd edilib, hər iki ölkədə keçiriləcək işgüzar tədbirlərdə, sərgilərdə iştirakın əhəmiyyəti vurğulanıb.

Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub.

Bu barədə “Caspian Energy Media” İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.

Read 44 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ