“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2024-cü il üçün nəzərdə tutulmuş hədəflərinin icrasına dair “İqtisadi artım” İşçi qrupunun növbəti iclası keçirilib.
İşçi qrupun sədri, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Strategiya çərçivəsində 2024-cü ildə həyata keçirilən tədbirlərin ölkənin dayanıqlı və rəqabətqabiliyyətli inkişafının təmin olunmasında rolunu vurğulayıb. İşçi qrupun əhatə etdiyi fəaliyyət istiqamətləri üzrə əldə olunmuş nəticələr diqqətə çatdırılıb.
İclasda İşçi qrupun üzvləri və aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə 2024-cü il üzrə hazırlanmış hesabat ətrafında müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib, icra effektivliyinin artırılması istiqamətində tövsiyələr verilib, əsas çağırışlar və növbəti addımlar müəyyənləşdirilib.
Bu barədə “Caspian Energy Media” İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.